Accessibility links

ABŞ səfiri məlumatlara düzəliş edir


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Riçard Morningstarın Naxçıvan səfəri ilə bağlı bəzi KİV-lər düzgün olmayan məlumat yayıb

Noyabrın 21-də Amerikanın Azərbaycandakı səfirliyi bəzi mətbuat orqanlarında səfir Riçard Morninqstarın Naxçıvana səfəri ilə bağlı yanlışlığa yol verildiyini bildirib. Səfirliyin məlumatında deyilir:

“Son bir neçə gün ərzində, bəzi yerli mətbuat orqanları məlumat yayıb ki, 31 oktyabr - 1 noyabr tarixlərində Naxçıvana səfər zamanı ABŞ-ın Azərbaycandakı səfiri cənab Morninqstar Naxçıvanda demokratiyanın inkişafını tərifləmişdir. Cənab Səfir hansısa bir şəxsə belə bir şərh verməyib və bunu iddia edən hər hansı bir məlumat doğru deyil. Səfər zamanı Səfir Morninqstar bir neçə dövlət rəsmisi və insan haqları məsələləri üzrə fəal Məlahət Nəsibova da daxil olmaqla qeyri-hökumət nümayəndələri ilə gorüşmüşdür. Cənab Səfir xanım Nəsibovanın ofisinə, ona dəstəyini nümayiş etdirmək məqsədi ilə baş çəkmişdir və Məlahət xanımın gördüyü vacib işi ictimaiyyətə ünvanlandığı müsahibələrində qeyd etmişdir. Səfir Morninqstar, həmçinin, ictimai bəyanatlarında və görüşlərində, yerli rəsmilərlə xanım Nəsibova kimi insan haqları müdafiəçiləri arasında açıq dialoq aparılmasına çağırmışdır”, səfirliyin məlumatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG