Accessibility links

Riçard Morninqstar: Seçkilər azad və ədalətli keçirilməlidir


Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

ABŞ səfiri Xəzər - Avropa İnteqrasiya İşgüzar Klubunda çıxış edib. “Qeyri-neft sektorunun sabit inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, korrupsiyaya qarşı mübarizəyə dair tədbirlər keçirmək vacibdir”

“Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi bu ölkəyə dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olmaq imkanı verəcək”. APA agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xəzər - Avropa İnteqrasiya İşgüzar Klubunda (CEİBC) keçirilən görüşdə söyləyib.

Səfir ölkəsinin Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib:
“Statistikaya əsasən, Azərbaycan son illər ümumdaxili məhsulun həcmini artırmağa müvəffəq olub. Ölkədə qeyri-neft sektorunun sabit inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, korrupsiyaya qarşı mübarizəyə dair tədbirlər keçirmək vacibdir”.

Suallara cavabda səfir bildirib ki, ABŞ Avropaya enerji daşıyıcılarının çatdırılmasının diversifikasiyasını təmin edəcək energetika layihələrini, əsasən “Cənub qaz dəhlizi” layihəsini dəstəkləyir.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana mümkün təsirləri ilə bağlı sualı cavablandıran səfir deyib ki, hazırda İrana sərt sanksiyaların tətbiq edilməsi siyasəti çox vacibdir.

“ABŞ dəfələrlə bəyan edib ki, İrana münasibətdə hələlik diplomatiyanın yeri var. Biz münaqişədən qaçmaq üçün bütün imkanlardan istifadə etməyə hazırıq. Buna görə də hazırda sanksiyaların tətbiqi - yeganə yoldur”.

Cənab Morninqstar bildirib ki, həm müxalifət partiyalarının, həm də iqtidarda olan Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşüb.

“Görüşlərdə eyni məsələlər barədə müzakirələr aparıldı”.

Səfir 2013-cü ilin maraqlı il olacağını bildirib: “Çünki Azərbaycanda prezident seçkiləri keçiriləcək. Biz bu görüşlərdə Azərbaycanda qarşıdan gələn seçkilərin azad və ədalətli keçirilməsi, vətəndaşların bu şəraitdə özləri üçün prezident seçmələrinin necə təmin olunması barədə müzakirələr apardıq.

Prezident seçkilərində hər şey ölkə vətəndaşlarından asılıdır. Çünki seçimi onlar edir. Kənar ölkələr bu məsələlərə qarışmamalıdır. Eyni zamanda bütün ölkələrdə seçkilər azad və ədalətli keçirilməlidir. Biz ümidvarıq və gözləyirik ki, Azərbaycanda da seçkilər bu cür olacaq”.
XS
SM
MD
LG