Accessibility links

Riçard Morninqstar: İnanırıq ki, yeni layihələrə Türkmənistan qazı da cəlb olunacaq


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

“NATO və ABŞ enerji təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi üzrə Azərbaycanla sıx əməkdaşlıq edir”, Amerika səfiri bildirib

NATO və ABŞ enerji təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi məsələləri üzrə Azərbaycanla sıx əməkdaşlıq çərçivəsində işləyir və işləməyə davam edəcək.

Trend agentliyinin məlumatına görə, bu barədə mayın 23-də jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Morninqstar bildirib: "Azərbaycan bu problemi başa düşür və biz onunla birgə işləməyi səbirsizliklə gözləyirik".

Morninqstar qeyd edib ki, NATO və Azərbaycan arasında əməkdaşlıq çox əhəmiyətlidir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi bir çox müxtəlif məsələləri ehtiva edir:

"Bu, yalnız açıq şəkildə narahatlıq doğuran terror aktları təhlükəsi deyil. Həmçinin zəlzələ kimi təbii fəlakətlər problemi, kibertəhlükəsizlik problemləri və digər məsələlər mövcuddur".

Onun sözlərinə görə, Azərbaycanın bir çox qurum və nazirlikləri enerji təhlükəsizliyinin təminatında vacib rol oynayırlar.

Səfir bütün nazirliklərin səylərinin razılaşdırılmasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bütün risklərin təhlilinin aparılması, eləcə də risklərdən yayınmaq üçün resursların necə ayrılmalı olduğunu öyrənmək vacibdir.

Səfir deyib ki, Azərbaycana məxsus "Şahdəniz" qaz yatağının işlənməsinə dair konsorsium Azərbaycan qazının Avropaya çatdırılması haqqında marşruta dair qərar qəbul etdikdən sonra Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması işində daha əhəmiyyətli rol oynamağa başlayacaq.

"Azərbaycan qazı üçün yeni qaz kəmərlərinin açılması Avropanın enerji təchizatı üçün daha da əhəmiyyətli olacaq. İlk 10 milyard kubmetr qaz çox əhəmiyyətlidir, çünki 2020-ci ildə Avropa üçün alternativ resurslar daha böyük olacaq".

Onun sözlərinə görə, yeni layihələrə təkcə yalnız Azərbaycan qazı cəlb edilməyəcək.
"İnanırıq ki, onlara Türkmənistan qazı da cəlb olunacaq", o qeyd edib.
XS
SM
MD
LG