Accessibility links

Riçard Morninqstar: Transxəzərlə bağlı Azərbaycan və Türkmənistan razılığa gəlməlidir


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Əgər iki ölkə razılığa gələrsə, heç nə kəmərin çəkilişinə əngəl ola bilməz.

İranın “Şahdəniz” qaz yatağının işlənməsində iştirakı bu layihədə 10% paya sahib olan İrana qarşı ABŞ-ın sanksiyası səbəbindən layihənin dondurulmasına gətirib çıxara bilərdi.

Lakin istisna prinsipinin tətbiqi problemdən qaçmağa imkan verdi. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda keçirilən konfransda çıxışında bildirib.
Transxəzər qaz kəmərinin taleyinə toxunan səfir qeyd edib ki, əgər iki ölkə razılığa gələrsə, heç nə buna əngəl ola bilməz.

Bundan əvvəl bu məsələnin beynəlxalq arbitraja çıxarılması ilə bağlı çağırışlar səslənirdi, lakin sözdən işə keçmədi. Odur ki, tərəflər öz aralarında razılığa gəlməlidir. Səfir Avropa İttifaqının layihənin reallaşmasında maraqlı olduğunu alqışlayıb.

Show comments

XS
SM
MD
LG