Accessibility links

Riçard Morninqstar: ABŞ-ın aparıcı böyük neft şirkətləri Azərbaycanda yeni layihələrə cəlb olunmaqda maraqlıdır (Video-müsahibə)


“Demokratiya və insan haqları məsələlərini Azərbaycanın hökumət rəsmiləri ilə görüşlərimizdə daim diqqət mərkəzində saxlayırıq”, Amerika səfiri deyib

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində Amerika şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirakından, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Amerika dövlət katibi Cin Kerri ilə görüşündən və demokratiyadan danışıb.

Sual: Siz Amerika şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində az iştirak etdiyini bildirmişdiniz. Amerikanın yeni şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak edəcəkmi?

Amerikanın xidmət sahəsində fəaliyyət göstərən şirkətləri də Azərbaycanın neft sənayesinə bu və ya digər şəkildə cəlb olunub.
Cavab: Amerika neft şirkətləri Azərbaycanda neft sahəsində iştirak edir. Bunlardan ilk öncə Azəri-Çıraq-Günəşli layihəsinin adını çəkə bilərəm. Bundan başqa Amerikanın xidmət sahəsində fəaliyyət göstərən şirkətləri də Azərbaycanın neft sənayesinə bu və ya digər şəkildə cəlb olunub. Bundan əlavə qeyd edib ki, ABŞ aparıcı böyük neft şirkətləri Azərbaycanda baş tuta biləcək yeni layihələrə cəlb olunmaqda maraqlıdırlar.

Sual: Hansı layihələrdə və hansı şirkətlər?

Əsas aparıcı böyük şirkətlər bu neft layihələrində iştirakda maraqlıdırlar.
Cavab: Düzünü desəm, indi hansı şirkətlərin, hansı layihələrdə iştirakı ilə bağlı məlumat verə bilmərəm. Bu məlumatları həmin şirkətlərin özləri verə bilər. Amma, bir şeyi yəqinliklə deyə bilərəm ki, sizin tanıdığınız, bildiyiniz əsas aparıcı böyük şirkətlər bu neft layihələrində iştirakda maraqlıdırlar.

Sual: Dünən Azərbaycanın xarici işlər naziri Vaşinqtonda Amerikanın dövlət katibi ilə görüşüb. Hansı məsələləri müzakirə ediblər və nəticələri necə qiymətləndirərdiniz?

Ancaq bir şeyə əminəm ki, görüş və müzakirələr uğurlu olub.
Cavab: Təki, mən bu barədə sizə deyə biləydim. Mən dünən bütün günü burada (Bakıda açılan neft-qaz sərgisini nəzərdə tutur-T.F) olmuşam. Mənə o görüşün nəticələri ilə bağlı məlumat bundan sonra veriləcək. Yalnız ondan sonra görüşün necə keçdiyini biləcəm. Ancaq bir şeyə əminəm ki, görüş və müzakirələr uğurlu olub.

Sual: Mən, niyə deyirəm. Son dövrlər bir sıra media orqanları Amerikanın Azərbaycanda demokratiya ilə bağlı az müzakirələr apardığını deyirlər. Mən bu mənada öyrənmək istəyirəm ki, bu səfər ölkədə demokratiyanın inkişafına təkan verə bilərmi?

Cavab: Bir daha deyirəm ki, cənab Məmmədyarovun apardığı müzakirələrlə bağlı məndə məlumat yoxdur. Amma, bir şeyi vurğulaya bilərəm ki, biz demokratiya və insan haqları məsələlərini Azərbaycan hökumət rəsmiləri ilə görüşlərimizdə daim diqqət mərkəzində saxlayırıq.
XS
SM
MD
LG