Accessibility links

Riçard Morninqstar ölkəni tərk edib


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar

ABŞ-ın Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın namizədliyini irəli sürülüb

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iyulun 31-də səlahiyyət müddəti başa çatıb və o bu gün Azərbaycanı tərk edib. Bu barədə Amerikanın Səsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Riçard Morninqstar 2012-ci ildən ABŞ-ın Azərbaycandakı səfiri idi.

ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb.

Robert Frensis Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavinidir.

O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

XS
SM
MD
LG