Accessibility links

Bu, "Vogue" jurnalının nüsxəsində ilk dəfə yer alan Hollivud ulduzudur. 1999-cu ildə, 50 yaşında Riçard Gir People`s Magazine jurnalında hələ də dünyanın ən cazibədar kişisi statusunu saxlayırdı.

Riçard Gir: “Baxın mənim 57 yaşım var. Nə zamanadək mən seks simvolu olacam. Gəlin realilıqla razılaşaq.”

Amma bundan cəmi bir neçə ay sonra hindli aktrisa Şilpa Şettini ictimai yerdə qucaqlayarq öpməsi ilə Riçard yaşının çox olmasına baxmayaraq onun hələ də diqqətə layiq olmasını sübut edir.

Bundan sonra o və yazıq Şilpa mətbuatın suallarını cavablandırlmalı olur. Bu hadisə ictimayyətdə bu kimi yaxınlığın qadağan edildiyi Hindistan şəhərlərində etiraz aksiyalarına səbəb olur.

Bollivud ulduzu Riçardın bu hərəkətini müdafiə etmək istəyir.

Şilpa Şetti: “Bəlkə Rəqs Edək” filmi Riçardın filmlərindəndir. O, filmdəki hərəkəti təkrarlayaraq tamaşaçıları əyləndirmək istəyirdi.”

Şilpa Şetti: “ Riçard şəxsən məndən xahiş edib ki, onun adından mətbuatdan üzr istəyim. O, həssas Hindistan xalqından üzr istəyib. O, şəxsən məndən üzr istəyib və mən onun üzr istəməsindən çox utandım.”

Riçard uzun zamandır ki, əsasən Hindistanda humanitar fəaliyyətlə məşğul olur. 1999-cu ildə müxtəlif proqramlara yardım etmək üçün o, Gir Hindistan Fondu yaradır. O GİÇS xəstəliyinə yoluxmuş qadın və uşaqlara yardım etmək üçün GİÇS qayğı evi yaradılmasına kömək edir. 2003-cü ildə o, təhlükəsiz seks yolu ilə GİÇS-in qarşısını alma mesajını yaymaq üçün Qəhrəmanlar layihəsinə başlayır və bu mesajı Dehlidə keçirilən GİÇS sammitinə çatdırır.

Riçard Gir: “Beş il bundan əvvəldən bu günədək asan olub. Məsələ bundadır ki, Hindistanın baş naziri nəin ki, QİÇS barədə açıq-aydın danışır, o, bu problem haqda danışmağın vacibliyini vurğulayır.”

Eyni zamanda Riçardın Buddist baxışları onu Yaxın Şərqdə sülhməramlı kampaniya keçirməyə vadar edir. 2003-cü ildə o, Qüdslə Rəmallahıya sülh missiyası ilə səfər edir və Fələstin Qanunvericiliyi Şurasının üzvü Hannan Əşravi ilə görüşür.

Dünyanı xilas etmək və ya evdə həyat yoldaşı və oğlu ilə vaxtını keçirməyəndə isə Riçard bir-iki filmdə də çəkilir.
XS
SM
MD
LG