Accessibility links

ABŞ-Azərbaycan Ticarət Palatasında Riçard Morninqstarla görüş keçirilib [Fotoqalereya]


Meeting with US Ambassador Richard Morningstar at USACC

Meeting with US Ambassador Richard Morningstar at USACC

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında ABŞ-ın Azərbaycana səfir təyin etdiyi Riçard Morninqstarla görüş keçirilib. Səfir Xəzər regionunda enerji əməkdşalığı və enerji təhlükəsizliyindən bəhs etdi.

Birləşmiş Ştatların regionda enerji siyasətinin memarı hesab edilən Morninqstar ABŞ-ın regionla balanslı siyasət yeritdiyini bildirdi. Riçard Morninqstarın bildirdiyinə görə, bu gün regionda ABŞ-ın enerji siyasəti daha mürəkkəb və daha çoxşahəlidir.

Səfir Morninqstar Azərbaycanda həllini tapmamış məsələlərə toxunaraq, Dağlıq Qarabağ münaqişəsini qeyd etdi. O, münaqişənin həllinin hər iki tərəfin mənafeyinə xidmət etdiyini vurğuladı.

Son 20 ildə 20 dəfədən artıq Azərbaycanda olan Morninqstar cənub enerji dəhlizi, xüsusilə Nabukko neft kəməri bağlı enerji diversifikasiyası baxımından və enerji ehtiyatlarının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi.

ABŞ prezidenti Barak Obama Riçard Morninqstarın Azərbaycanda səfir vəzifəsinə namizədliyini aprel ayında irəli sürmüşdü.

Riçard Morningstar 2009-cu ildə ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilmişdi. O, 1999-2001-ci illərdı ABŞ-ın Avropa İttifaqında səfiri olmuşdu.

Riçard Morningstar avqust ayının 25-dən sonra Azərbaycana yola düşəcək.

XS
SM
MD
LG