Accessibility links

Rihannanın səs-küylü məclisləri onun üçün pis nəticələr verəcək. Ən azından həkim belə deyir.

Deyilənə görə müğənninin həkimi deyib ki, rok ulduzu səs-küylü məclislərini davam etdirsə, bu, pis qurtara bilər. Bu xəbər Rihannanın larinqit xəstəliyinə tutulduğuna görə Almaz Dünya Səyahətində keçirəcəyi iki görüşü təxirə salmasından sonra yayılıb. Mənbə Rihannanın ciddi xəstələndiyini və tam sağalmasının aylarla sürəcəyini iddia edir.

Deyilənə görə həkim Rihannanı həyat tərzində ciddi dəyişikliklər etmək və ya riskli həyatını davam etmək seçimi qarşısında qoyub. Xəbər əslən Barbados adasından olan Rihannanı eləbil yuxudan ayıldıb. Mənbə gözəlin siqaret çəkməyi, içki içməyi və gecə saatlarınadək oyaq qalmağı sevdiyi barədə məlumat verib.

Ümid edirik ki, Barbados gözəli bir qərara gələcək.
XS
SM
MD
LG