Accessibility links

Rik Santorum prezidentlik uğrunda yarışdan çıxdı

  • Amerikanın səsi

ABŞ prezidentliyə namizəd Rik Santorum seçki kampaniyasını dayandırdığını elan edib, amma prezidentlik uğrunda Respublikaçıların mübarizəsini dəstəkləyəcəyini bəyan edib.

Santorum bu açıqlamanı Pennsilvaniyanın Gettisburq şəhərində verib. Dünən onun qızı Bella nadir Trisomi xəstəliyi üzündən hospitalda müalicə aldıqdan sonra buraxılıb. Santorum deyib ki, qızının xəstəliyi onun ailəsində yarışı tərk etmək barədə müzakirələrə səbəb olub. O, deyib ki, ailəsi və o, Bella ilə birgə vaxt keçirəcəyinə ümidlə baxır.

Pennsilvaniyanın sabiq senatoru Santorum yarışda qalardısa ayın sonunda Pennsilvaniya ştatında keçiriləcək praymerizdə rəqibi Mitt Santorumdan çətin rəqabətlə üzləşəcəkdi.

Santorum praymeriz mövsümünün əvvəlində az tanınan namizəd sayılırdı. Amma vaxt keçdikcə onun ələlxüsus sosial mühafizəkarlar arasında dəstəyi artmağa başladı.

XS
SM
MD
LG