Accessibility links

ABŞ prezidentliyinə sabiq namizəd Rik Santorum nominasiya uğrundakı praymeriz yarışlarında rəqibi olmuş Mitt Romniyə rəsmən dəstək verib.

Bazar ertəsi axşam öz tərəfdarlarına ünvanladığı məktubda Santorum bu qərara Pennsilvaniyanın Pittsburq şəhərində Romni ilə təkbətək görüşdən sonra gəldiyini bildirib.

Santorum öz tərəfdarlarını əmin edib ki, sabiq Massaçusets qubernatoru Romni mühafizəkarların aşağı vergilər və kiçik hökumət barədə tələblərini, o cümlədən abort və həmcins nikah mövzusunda düşüncələrini paylaşır.

XS
SM
MD
LG