Accessibility links

Ringling Brothers sirki fəaliyyətini sonlandırır


“Dünyanın ən möhtəşəm sousu” kimi tanın sirk 146 ildən sonra fəaliyyətinə son qoyur.

Ringling Brothers and Barnum and Bailey Sirki bazar günü Nyu-York şəhərindən 50 kilometr uzaqlıqda yerləşən Yuniondeyl şəhərində son tamaşası ilə çıxış edib.

Sirkin ana şirkəti Field Entertainment Ringlingin bağlanacağını yanvar ayında açıqlayaraq, heyvanlar, akrobatlar və klounların iPhone-lar, internet və video oyunlardan gələn rəqabətə davam gətirmədiyini bildirib.

Bazar günü keçirilən şounun sonunda manej inspektoru Conatan Li İverson emosional bir şəkildə artistlər, sirk işçiləri və auditoriya önündə klassik “Auld Lang Syne” mahnısını ifa edib.

Bilet satışları heyvan haqları fəallarının heyvanları tamaşada iştirak etməyə məcbur etməyin və onları ölkə boyu daşımağın heyvanlara qarşı pis rəftar olduğunu iddia etməsi nəticəsində sirki 2016-cı ilin may ayında filləri tamaşalarından çıxarmasından sonra azalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG