Accessibility links

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın üç təmsilçisi mübarizə aparacaq


Avqustun 13-də Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın üç təmsilçisi mübarizə aparacaq.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan təmsilçilərindən ilk olaraq güllə atıcısı Ruslan Lunyov yarışmaya qoşulacaq. O, 25 metr məsafədən sürətli atəşaçma üzrə ikinci təsnifat mərhələsində qüvvəsini sınayacaq.

R.Lunyov ilkin mərhələni keçə bilsə, saat 19:30-da final mərhələsinə qatılacaq. O, avqustun 12-də keçirilmiş ilkin mərhələdə 14-cü yeri tutub.

Qadın velosipedçi Olqa İsmayılova da saat 19:00-da yarışmaya qatılacaq. O, keyrin növündə ilkin mərhələ yürüşündə çıxış edəcək. Yarışmanın ikinci mərhələsi saat 23:22-də, final yürüşü isə 00:27-də başlamalıdır.

Gecə saat 02:45-də isə boksçu Məhəmmədrəsul Məcidov rinqə çıxacaq. O, 91 kiloqramdan yuxarı çəki dərəcəsində qazaxıstanlı Ivan Dychko ilə 1/8 final döyüşündə yarışacaq.

Hazırda Azərbaycanın aktivində iki gümüş medal var. Hər iki medal cüdoda qazanılıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG