Accessibility links

Rio de Janeyronun ən böyük narkotik maddə qaçaqmalçılığı dəstəsi ələ keçirilib


Rio de Janeyronun ən böyük narkotik maddə qaçaqmalçılığı dəstəsi ələ keçirilib
Rio de Janeyronun ən böyük narkotik maddə qaçaqmalçılığı dəstəsi ələ keçirilib

Braziliya polisi və əsgərləri tərəfindən Rio de Janeyronun ən böyük narkotik maddə qaçaqmalçılığı dəstəsi ələ keçirilib. Zirehli maşınlar və vertolyotların müşayiəti ilə 2000-dən artıq polis və əsgər qacaqmalçıları ələ keçirmək üçün şəhərin ən böyük xarabalığında saatlarla döyüş aparıb, evbəev axtarış həyata keçirib. Rəsmilər qələbə rəmzi kmi xarabalıq üzərində Braziliya bayrağını qaldırıb. Nə qədər adamın həbs edildiyi barədə məlumat verilmir. Braziliya 2014-cü il Dünya kuboku və 2016-cı il Olimpiyada oyunlarına ev sahibliyi edəcək Rio de Janeyroda asayişi qorumağa çalışır.

XS
SM
MD
LG