Accessibility links

Rio Olimpiya Oyunlarına daha bir maneə


Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına 6 həftə qalmış Rio de Janeyro yani bir maneə ilə qarşılaşıb.

Dünya Anti-Dopinq Agentliyi şəhərin rəsmi dopinq yoxlayan laboratoriyasının faəliyyətini təxirə salaraq, növbəti 6 ay ərzində hər hansı fəaliyyətinə qadağa qoyub.

Agentlik bildirib ki, laboratoriya prosedur səhvlərinə yol verib və beynəlxalq standartlara görə qəbul edilməzdir.

Ancaq qərarla bağlı detallı məlumat verilməyib. Laboratoriyanın apellyasiya şikayəti vermək üçün 21 günü var.

Rio Oyunlarının sözçüsü Mario Andrada bildirib ki, bu, ciddi məsələ deyil, çünki analiz nümunələri gündəlik olaraq Amerika Birləşmiş Ştatları və Avropaya göndərilə bilər.

Andrada deyib ki, təşkilatçılar oyunların 100 faiz şəffaf keçirilməsinin tərəfdarıdır: "Göstəricilərinin yaxşılaşdırmaq üçün pereparatlardan istifadə edəcək idmançılara sıfır tolerantlıq göstəriləcək".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG