Accessibility links

Rio de Janeyro Olympiya Oyunlarına on minlərlə işzəliyici və Braziliyanı təmsil edən pop mahnısı ilə start verilib.

Açılış mərasiminə 200 olimpiya komandası və ilk dəfə olaraq qaçqınlardan ibarət komanda qatılıb.

Cənubi Sudan, Efiopiya, Konqo Demokratik Respublikası kimi ölkələrdən 10 idmançı bir ayara gəlib. Onların 6-sı cudo və üzgüçülük yarışlarında iştirak edəcək.

Mərasimin icraçı prodüsseri 5 qitədə 17 mərasimə rəhbərlik edən Marko Bali elə bir çıxış etmək arzusunda idi ki, Braziliyanın bütün sosial və iqtisadi problemləri arxa planda qalsın. O, ətraf mühit və planetin gələcəyi ilə bağlı mesaj yaymaq istədiyini deyib.

Açılış mərasimini ölkənin müvəqqəti prezidenti Mişel Temer onlarla ölkə və dövlət başçıları ilə bərabər izləyib.

Marakana stationunda təşkil edilən mərasimə Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Renzi, ABŞ dövlət katibi Con Kerri, BMT-nin baş katibi Ban Gi Mun və digər hökumətlərin təmisilçiləri qatılıb.

XS
SM
MD
LG