Accessibility links

Rio Olimpiya Oyunlarının gözəgörünməz fəsadları [Video]


Rio Olimpiya Oyunlarının gözəgörünməz fəsadları
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Rio Olimpiya Oyunlarının gözəgörünməz fəsadları

Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarının xərcinin rəsmi olaraq 4,5 və 6 milyard dollar arası olduğu təxmin edilir. Bu isə Soçi və London oyunlarından xeyli aşağı bir rəqəmdir. Bu pulun bir hissəsi Olimpiya oyunlarının şəhərə uzunmüddətli miras buraxacağı güman edilən parlaq infrastruktur layihələrinə xərclənib. Ancaq bu tikintilərin sosial ziyanının Rionun bəzi sakinlərinin ömürlərinin sonunadək təsiri olacaq.

Daniel Kampos evini Olimpiya Parkının şimalında yerləşən Kurisica məhəlləsində pulu olanda hissə-hissə tikib.

Rio de Janeyro
Rio de Janeyro

2012-ci ildə isə qapısına polis gəlib, onun oradan getməli olduğunu deyib. Kamposun evi idmançıları Olimpiya parkından Deodoro ərazisindəki məkanlara nəql etmək üçün inşası nəzərdə tutulan Transolimpiya Magistralı üzərində olduğu hesab olunurdu.

Qonşuları və Kampos müqavimət göstərəndən sonra isə icra hakimiyyəti onların qalmalarına icazə verdi.... ancaq evlərinin önündəki kanalizasiyaların üstünü açdı.

“Onlar insanların özlərini sıçan, tarakanlardan qoruduğu kanalizasiya qapağını açacaqlarını dedilər, çünki bu cür qapaqların olmasının qadağan olduğunu iddia etdilər və çayı təmizləyəcəklərini dedilər. Amma çayı hələ də təmizləməyiblər,” deyə Kampos bildirir.

Bu insanlar güc yolu ilə bir gecə içində əmlaklarını tərk etməyə, Yarı-hərbi dəstələr insanları getməyə məcbur ediblər. Bu isə Olimpiya Oyunlarının geridə buraxdığı dəhşətli mirasdır və bunun idmançılar çıxıb gedəndən sonra uzunmüddətli təsirləri olacaq.
Robert Muggah

Şəhər hakimiyyəti məhəllədəki evlərə kanalizasiya üzərindən təhlükəli keçidlər yerləşdirdi. Daniel kanalizasiya həşaratlarının evə daxil olmasının qarşısını almaq üçün evdə pişik saxlayır.

Avtomagistrallar, dəmiryolları, hotellər və idman məkanları kimi infrastrukturlara yatırılan sərmayə Olimpiya Oyunlarının müsbət nəticələrindəndir. Ancaq bu infrastrukturların sosial bədəlləri də olub. Olimpiyaya hazırlıq səbəbilə Rioda 20 min insanın evlərindən çıxarıldığı təxmin edilir.

Robert Muggah İnstituto İgarape QHT-sinin tədqiqat direktorudur.

“Bu insanlar güc yolu ilə bir gecə içində əmlaklarını tərk etməyə, Yarı-hərbi dəstələr insanları getməyə məcbur ediblər. Bu isə Olimpiya Oyunlarının geridə buraxdığı dəhşətli mirasdır və bunun idmançılar çıxıb gedəndən sonra uzunmüddətli təsirləri olacaq,” deyə o bildirir.

74 yaşlı Emida Susa deyir ki, şəhər onun evini söküb, özünü isə sığınacağa yerləşdirmək istəyirdi.

“Mən getməli olduğumuzu eşidəndə çox qorxdum. Qonşularımın evlərini sökdüklərini görəndə isə çox kədərləndim. Sonra hər yer toz-torpaq oldu və mən doğru düzgün yemək yemirdim. Buna görə də xəstələndim,” deyə Enida bildirir.

O, toza görə pnevmoniya olduğunu iddia edir. Tikinti işlərinin yaratdığı vibrasiya onun evinin strukturana ziyan vurub. İndi isə şəhər rəsmiləri Enidanın öz evində qala biləcəyini desələr də, evinə vurduqları ziyanı təmir etməkdən imtina edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG