Accessibility links

Meksika mənşəli məşhur müğənni Cenni Riveranın ailəsi onun təyyarə qəzasında öldüyünü bildirib.

Rəsmilərin dediyinə görə, Rivera və digər 6 nəfərin cəsədi bazar günü Monterreydən Mexiko şəhəri yaxınlığındakı Toluka şəhərinə uçan kiçik Learjet təyyarəsinin qəzaya uğradığı yerdə aşkar edilib. Bir gün əvvəl Rivera Monterreydə konsert proqramı ilə çıxış etmişdi.

Nəqliyyat və Kommunikasiya naziri Gerardo Ruiz Esparza televiziya ilə çıxışı zamanı qəzadan sağ qurtulanın olmadığını deyib. Cənab Espanza deyib ki, qəzaya uğayan təyyarənin hissələrinin böyük bir ərazi boyu yayıldığından "hər şey tanınmaz hala gəlib". Qəzanın səbəblərinin də hələlik aydın olmadığı deyilir.

Kaliforniya ştatında dünyaya gələn 43 yaşlı beş uşağı anası Cenni Riveranın nortena, banda və digər musiqi janrlarında 15 milyon CD-si satılıb. O, üç dəfə Latın Grammy mükafatına nominasiya edilib.
XS
SM
MD
LG