Accessibility links

Fransa Riviyerasında şiddətli yağış 10 nəfərin ölümünə səbəb olub


Fransa Riviyerasında şiddətli yağış 10 nəfərin ölümünə səbəb olub. Bəzi insanlar maşınlarda ilişib qalıb. 6 nəfər itkin düşüb.

Hava şəraiti Aralıq dəniz sahillərində qatarların hərəkətini dayandırıb.

Vertolyotlarla sağ qalanların xilas əməliyyatı davam etdirilir. 27 min evin elektrik enerjisi kəsilib.

Yağan yağışların ölçüsü iki aylıq yağıntıya bərabərdir.

Fransa prezidenti Fransua Olland bu gün səhər hadisə yerində olub.

Prezidentin bəyanatında bildirilir ki, Kann, Bio və digər şəhərlədə insan cəsədləri toplanır.

Güclü külək ağacları sındırıb, maşınları çevirib.

Daşqınlar səbəbi ilə Nisdə keçiriləcək futbol yarışı təxirə salınıb.

Xilasetmə əməliyyatlarına yüzlərlə insan cəlb edilib.

XS
SM
MD
LG