Accessibility links

Riyaddan ABŞ-a istiqamət götürən təyyarə qəzaya uğrayıb


Riyaddan ABŞ-a istiqamət götürən təyyarə qəzaya uğrayıb

Riyaddan ABŞ-a istiqamət götürən təyyarə qəzaya uğrayıb

Birləşmiş Ərəb Əmirlikləri rəsmilərinin bildirdiyinə görə, Əbu Dabinin Əl-Bin aeroportundan havaya qalxan kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində dörd amerikalı sərnişin həlak olub. Əmirlik və Birləşmiş Ştatlar rəsmiləri Səudiyyə Ərəbistanının paytaxtı Riyaddan ABŞ-a istiqamət götürən təyyarənin dünən gecə qəzaya uğradığını bildirmişlər. Təyyarədə həlak olan dörd amerikalının şəxsiyyətinin dərhal məlum olmadığı və qəzanın səbəblərinin araşdırıldığı bildirilir. Birləşmiş Ərəb Əmirlikləri mediasının məlumatında təyyarənin Birləşmiş Ştatların Dubaydakı filialı Triple-S Aviasiya şirkətinə məxsus olduğu deyilir.

XS
SM
MD
LG