Accessibility links

Riyazi məsələləri həll edən telefon applikasiyası [Video]


PhotoMath adlanan applikasiyanın bir sıra xüsusiyyətləri var

Məktəb şagirdləri ev tapşırıqlarını yoxlamaq üçün çox vaxt valideyinlərinə üz tuturlar. Lakin uşaqlar böyüdükcə və onların ev tapşırıqları mürəkkəbləşdikcə, dahaz az valideyin uşaqlarına yardım edə bilir. Riyaziyyat üçünsə artıq çarə tapılıb, çünki xorvatiyalı kompyuter ustası tənlikləri həll edən applikasiya yaradıb. Ötən il ərsəyə buraxılandan bəri bu pulsuz applikasiyanı artıq milyonlarla insan cihazlarına yükləyib.

PhotoMath

PhotoMath

Kompyuter proqramçısı və sahibkar Damir Sabol bu applikasiyanı elə düzəldib ki, smartfonların kamerası ilə riyazi tənliklərin şəklini çəkirsən və bir neçə saniyəyə ərzində həlli tapırsan. Lakin Sabol PhotoMath adlanan applikasiyanın bundan əlavə digər xüsusiyyətlərə malik olduğunu deyir.

“Tələbələr nəticələri dərsliklərində yoxlaya bilərlər. Onlar tənlikləri tez həll edə və nəticələri tez əldə edə bilərlər. Amma məsələ təkcə nəticəni almaq deyil, nəticəyə aparan bütün prosesi görməkdədir. Biz isə onlara bütün prosesi təklif edirik. Addım-addım... izahlarla. Dərslik önlərində tənliyi həll etməyə çalışan, lakin nə edəcəyini bilməyən tələbərə bzim applikasiya kömək edə bilər.”

PhotoMath ilk ötən oktyabr Londonda keçirilən kompyuter yarmarkasında nümayiş etdirilib. Sabol deyir ki, o zamandan bəri ödənişsiz applikasiya 11 milyon dəfə yüklənilib.

Onlar bizim texnologiyanın təhsildə əlverişli olduğunu, uşaqların bundan istifadə etmək istədiklərini və bu məhsulun çoxlu potensialı olduğunu görürlər. Biz də inanırıq ki,bunun böyük potensialı var

“İndi bizə bəzi analar, “Nəhayət ki, uşaqlara riyaziyyat dərslərində kömək edə bilirəm” deyirlər. Bəzi müsəllimlər isə siniflırində bütün şagirdlərin bu applikasiyadan istifadə etdiklərini deyirlər”.

Bu arada isə ixtiraçı uğurlu applikasiyasını yenilənməsinin üzərində işləyir.

“Biz applikasiyanın yeni versiyasın ərsəryə buraxmağa hazrlaşırıq. İlk öncə biz Adroid versiyasını buraxacağıq, çünki onun daha böyük bazarı var və biz bunun artımın növbəti əlaməti olmağını gözləyirik. Bundan əlavə yeni versiya daha mürəkkəb riyazi məsələləri həll edə biləcək və biz inanırıq ki, applikasiya istifadəçilərə daha maraqlı və faydalı olacaq. Buna görə də biz istifadəçilərin sayının artacağıını gözləyirik.

​Sabolun şirkəti MicroBLİNK 2012-ci ildə mobil bankinq üçün isitfadə olunan skan texnologiyası PhotoPay-lə yenilik etdi. PhotoPay vasitəsi ilə fakturalarını skan edib, dərhal ödəniş etmək olur. Sabol PhotoMath-i ödənişsiz etdiyi üçün peşman olmadığını deyir, çünki beləliklə onun şirkəti böyük verilənlər bazası toplaya bilib və onun layihəsi nəhəng tədris şirkətlərini cəlb edib.

​“Onlar bizim texnologiyanın təhsildə əlverişli olduğunu, uşaqların bundan istifadə etmək istədiklərini və bu məhsulun çoxlu potensialı olduğunu görürlər. Biz də inanırıq ki,bunun böyük potensialı var".

Elektron ləvazimatları kitablardan üstün tutan şagirdlər də buna inanır.

XS
SM
MD
LG