Accessibility links

İrlandiya İsrail diplomatını ölkədən çıxarır


İrlandiya İsrail diplomatını ölkədən çıxarır
İrlandiya İsrail diplomatını ölkədən çıxarır

İrlandiya İsrail agentlərinin Dubayda Həmas rəsmisini qətlə yetirən zaman saxta İrlandiya pasportundan istifadə etdiyini bildirib

İrlandiya bu ilin əvvəli Dubayda Həmas rəsmisini qətlə yetirən zaman İrlandiya pasportundan istifadə edən İsrail diplomatını ölkədən çıxardığını bildirir. İrlandiya xarici işlər naziri Maykl Martin deyib ki, hökumət bu addımı təhqiqatın saxta pasportlara görə İsrailin məsuliyyət daşıdığı haqda nəticə çıxarmasından sonra atıb. Araşdırma Mahmud əl-Məbhuhun ölümündə istifadə olunan partlardan 8-nin İrlandiyaya məxsus olduğunu göstərir. Dubay Həmas liderinin yanvar ayında Birləşmiş Ərəb Əmirliyində mehmanxanaların birində öldürülməsində İsrailin Mossad təşkilatını ittiham edir. Rəsmilər deyir ki, agentlər Dubaya saxta pasportlardan istifadə edərək daxil olub.

XS
SM
MD
LG