Accessibility links

İrlandiyanın baş naziri Vaşinqtondadır

  • Amerikanın səsi

İrlandiyanın baş naziri Vaşinqtondadır

İrlandiyanın baş naziri Vaşinqtondadır

ABŞ prezidenti Barak Obama İrlandiyaya səfər edib, keçən həftə baş nazir seçilən Enda Kenni ilə İrlandiya iqtisadiyyatının gələcəyini müzakirə etməyi planlaşdırdığını bildirib. Enda Kennini təyinatı münasibəti ilə təbrik edən ABŞ dövlət başçısı bildirib ki, onlar qlobal iqtisadi tənəzzül dövründə İrlandiyanın iqtisadi planlarını müzakirə edib. Barak Obama İrlandiyaya yardım vəd edib. Cənab Kenni isə öz növbəsində ABŞ-la İrlandiya münasibətlərinin dərinləşdiriləcəyinə söz verib. O deyib ki, cənab Obamanın may ayında İrlandiyaya səfər etmək planı onu sevindirib və bu, qarşılıqlı etimad üçün gözəl bir imkandır. İrlandiyanın baş naziri İrlandiya liderlərinin hər il Müqəddəs Patrik günü ənənəvi səfərləri çərçivəsində Amerikaya gəlib.

XS
SM
MD
LG