Accessibility links

İngiltərə müğənnisi Teodora Roz adlı qız uşaqları olduğunu elan edib

İngiltərə müğənnisi Robbi Vilyams ata olub. “The take That” vokal pop qrupunun ulduzu o və onun həyat yoldaşı Ayda Fildin Teodora Roz adlı qızları olduğunu elan edib.

Ayda ilə iki il evli olan Robbi Twitter vasitəsi ilə bloqunda bu şad xəbəri yayanda onun sevincinin həddi-hüdudu olmadığı aydın görünürdü.

Məğrur ata öz bloqunda Teddi ləqəbi verdiyi Teodora adlı qızının 3.35 kq çəkisi olduğunu yazıb. Uşaq, anası və Robbinin hər birinin vəziyyəti əladır.

Hər kəsi təbrik edirik!
XS
SM
MD
LG