Accessibility links

İngilis, alman, fransız, holland, irland və nəhayət italiyan mənşəli aktyor Robert De Niro Hollivudun canlı əfsanəsidir.



Robert De Niro yaraşıqlı sosiopat rolu ilə tanındı. Əlbəttə, onun “Qorxunun Həddi” filmində Maks Kadi və ya “Dəli Dana” filmindəki LaMotta obrazları kimi mənfi rollardakı ifası da alqışlarla qarşılanıb.

Obrazı ekranda tam canlandırmaq arzusu adətən onu ifrat bir dərəcəyə çatıdırırdı. 1976-cı ildə “Taksi Sürücüsü” filmindəki rola hazırlaşmaq üçün De Niro üç ay taksi sürüb, “Toxunulmaz” filmində Al Kapone obrazını yaratmaq üçün saçını kəsdirib, “Nyu-York, Nyu-York” filmində çəkilmək üçün isə o, saksofonda musiqi ifa etməyi öyrənib.

Bu dərəcədə kino fanatizimi ona iki Oskar, bir Qızıl Qlobus və pərəstişkarları ilə həmkarlarının böyük sevgisini bəxş edib. 2003-cü ildə kino sənətinə verdiyi töhfələrə görə “Həyatı boyu Qazanılmış Nailiyyətlər” mükafatını alan zaman Hollivudun aparıcı aktyorları, rejissorları və prodyuserləri onu təbrik etmək üçün növbəyə dayanmışdı.

Robert De Niro

Robert De Niro



Culiet Levis: “Bu səviyyədə və bu qədər professional olmasına baxmayaraq, gəlib özü sənə yaxınlaşır. Onunla ünsiyyət qurmaq olduqca asandır. O, professionaldır və səhnədən kənarda filmdəki kimi kobud deyil. Bilirəm, bir çox gənc aktyor məşqlərdə dəlisov kimi rəftar etməyin qaçılmaz olduğunu düşünür. Amma De Niro belə etmir. O, professionaldır, bir insan kimi mehriban və sadədir. Mən bu axşam ona öz təşəkkürümü bildirmək üçün buradayam.”

Robert De Niro ictimayyət qarşısına çıxmaqdan utanır. “Yaxşı Pastor” filminin rejissoru qismində o çəkdiyi film haqda bir neçə söz deməyə məcbur edilib.

Robert De Niro: “Onların hər biri, hər kəs…Belə bir çəkiliş komandası ilə işləməyimə çox şadam. Onlar çox gözəl aktyorlardır. Mən çox xoşbəxtəm.”



Nyu-Yorkda Traybeka kino-festivalının təsisçisi kimi onun çıxışı çox qəribə oldu.

Robert De Niro: “120 gün bundan əvvəl biz kino-festivalı yaratmaq istədik. Son bir neçə ay ərzində çox çətinlik çəkdik. Bizim məqsədimiz kinonun gücünü göstərmək idi, xüusilə də bu son aylar. Mən bir dəqiqəlik sükut elan etmək istəyirəm.”

Robert De Niro eyni zamanda bu yaxınlarda Avstraliyanın Melburn şəhərində də açılmış Nobu adlı Çin restoranının sahibidir.

Robert De Niro: “Siz hər gün yemək yeməlisiniz, heç olmazsa bundan həzz alın.Bunun üçün çox fikirləşmək lazım deyil ki.”
XS
SM
MD
LG