Accessibility links

Robert Geyts: "Iran bir il ərzində nüvə silahı əldə edə bilməyəcək"

  • Cəmilə Aydın

Robert Geyts: "Iran bir il ərzində nüvə silahı əldə edə bilməyəcək"

Robert Geyts: "Iran bir il ərzində nüvə silahı əldə edə bilməyəcək"

ABŞ müdafiə naziri Robert Geyts bildirib ki, o, İranın ən azı bir il müddətində nüvə silahı istehsal etmək qabiliyyətinə malik olmayacağını düşünür.

ABŞ müdafiə naziri Robert Geyts bildirib ki, o, İranın ən azı bir il müddətində nüvə silahı istehsal etmək qabiliyyətinə malik olmayacağını düşünür.

Geyts bunu İranın nüvə silahı üzrə baş rəsmilərindən birinin bəyanatına cavab olaraq söyləyib. Bəyanatda İran rəsmisi bildirib ki, baş verə biləcək hücumun qarşısını almaq üçün İran bir ay ərzində “dünya nüvə ölkələri klubuna” qoşulacaq.

İranın Fars agentliyi ölkənin nüvə məsələləri üzrə rəsmisi Behzad Soltaniyə istinadən xəbər verib ki, İran nüvə silahı olan ölkələrin klubuna daxil olsa, heç bir ölkə daha İrana hücum etmək barədə fikirləşməyəcək. İran rəsmisi buna da qeyd edib ki, İran enerji və yanacaq ehtiyatını artırmaqdan fərqli nüvə texnologiyalarının genişləndirilməsini planlaşdırır.

Vaşinqtonda ABŞ prezidenti Barak Obama dünya ictimayyətindən İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi məqsədilə cəld və ciddi addımların atılmasını tələb edib.

Eyni zamanda, İran dövləti BMT-yə ABŞ-ın yeni nüvə silahı siyasəti ilə bağlı nazarazılığını bildirib və bu siyasətin BMT-nin nizamnəməsini pozduğunu qeyd edib.

XS
SM
MD
LG