Accessibility links

Robert Geyts NATO üzvlərinə müraciət edib


Robert Geyts NATO üzvlərinə müraciət edib

Robert Geyts NATO üzvlərinə müraciət edib

ABŞ müdafiə naziri Robert Geyts NATO üzvlərinə xəbərdarlıq edib ki, onlar alyans qarşısında müdafiə xərcləri öhdəliklərini artırmalıdırlar.

Geyts bu gün Brusseldə danışıb. Ehtimal olunur ki, bu, onun iyun ayın sonunda təqaüddə çıxmamışdan əvvəl sonuncu ictimai çıxışıdır. Onun sözlərinə görə, müdafiə koalisiyanın müdafiə xərclərinin 75 faizini Amerikanın ödəməsi qərarı barədə ABŞ qanunvericilərinin səbri tükənməkdədir.

Qeyts NATO-nnun 28 üzvünün Liviya lideri Müəmmar Qəzzafiya qarşı missiyaya müsbər səs verdiyini vurğulasa da, onlardan yarısından azının missiyada iştirak etdiyini bildirib.

O deyib ki, yardım etməkdə könülsüzlük Əfqanıstanda da əməliyyatlara öz təsiri göstərib. Nazirin sözlərinə görə, Əfqanıstanda missiyanı sona çatdırmaq alyansın hər bir üzvünün daxili iqtisadi vəziyyətinə uyğun yox, vahid yolla həyata keçirilməlidir.

XS
SM
MD
LG