Accessibility links

Robert Geyts raketdən müdafiə sistemi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərləri təkzib edib


Robert Geyts raketdən müdafiə sistemi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərləri təkzib edib

Robert Geyts raketdən müdafiə sistemi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərləri təkzib edib

ABŞ müdafiə naziri bu açıqlamasını dünən Vaşinqtonda Amerika Türk Şurasına ünvanlayıb

ABŞ müdafiə naziri Robert Geyts Türkiyə mətbuatında ABŞ-ın Türkiyəyə NATO-nun raketdən müdafiə sistemi planlarına qoşulması üçün təzyiq göstərməsi barədə yayılan xəbərləri təkzib edib. Cənab Geyts bu açıqlamasını dünən Vaşinqtonda Amerika Türk Şurasına ünvanlayıb. ABŞ-ın Türkiyəyə təzyiq göstərməsini təkzib etməsinə baxmayaraq, o, Türkiyədə daxil olmaqla bütün NATO üzvlərinin gələn ay Portuqaliyanın Lissabon şəhərində keçiriləcək NATO sammitində sistemlə bağlı qərarları dəstəkləyəcəyinə ümid etdiyini bildirib. ABŞ və Türkiyə rəsmiləri təsdiq edib ki, tərəflər müdafiə sistemi məsələsində Türkiyənin necə kömək edə bilməsini müzakirə edib.

XS
SM
MD
LG