Accessibility links

Robert Muqabe: Heç kəs işimə qarışmasın!


Robert Muqabe: Heç kəs işimə qarışmasın!

Robert Muqabe: Heç kəs işimə qarışmasın!

Zimbabve prezidenti Robert Muqabe regional vasitəçilərin tənqidlərinə cavab verərək heç kimin onu ölkəni necə idarə etməsini deməyə haqqı çatmadığını bildirib.

Dövlət mediası cənab Muqabenin bəyanatını bu gün yayıb. Dünən Cənubi Afrika İnkişaf İcması (CAİİ) Zimbabvedə koalisiya hökumətindəki hakimiyyət bölgüsünü nəzərdən keçirəcəyini bildirmişdi.

Zorakılılqarla müşayiət olunan seçkilərin ardınca cənab Muqabenin ZanuPF partiyası Demokratik Dəyişiklik Uğrunda Hərəkatın başçısı Morqan Çangirayla hakimiyyəti bölüşmüşdü. Lakin o vaxtdan bəri proqres çox ləng gedib.

CAİİ-nin yaydığı kommünikedə deyilir ki, azad və ədalətli seçkilərə doğru irəliləyişi izləmək üçün qrup regional rəsmilər təyin edəcək.

XS
SM
MD
LG