Accessibility links

Robert Pattinson artıq tək deyil. The Sun qəzeti yazır ki, aktyor Britaniyalı müğənni FKA Twigs-lə görüşməyə başlayıb.

Nyu-Yorkun Bowery otelinə gedən zaman kameralara tuş gələn cütlük deyilənə görə bir aydır görüşür və münasibətlərini rəsmən elan etməyə hazırdır.

Aktyor haqqında bir sıra şayiələrə baxmayaraq bu, Robertin Kristen Stüartdan ayrıldıqdan sonra ilk ciddi münasibətidir.

Görünür Twigs Kristenlə müqaisə olunmasını istəmir və bu səbəbdən Robi ilə münasibətləri haqda məlumat vermir.

Onun yerində başqa qız olsaydı yəqin ki, indi Robi ilə görüşdüyü barədə bütün dünyaya car çəkmişdi.

XS
SM
MD
LG