Accessibility links

ABŞ-ın Azərbaycandakı səfir Robert Sekutanın 9 may-Qələbə Günü münasibəti ilə açıqlaması yayılıb.

Müharibə-Hədəf Bakıdır filmi (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Müharibə-Hədəf Bakıdır filmi (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Açılqamada deyilir ki, bu həftənin əvvəlində səfir Sekuta Azərbaycanın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələrdən bəhs edən “Bakı hədəfdir: Hitler neft uğrunda müharibəni necə uduzdu” sənədli filminin ilkin nümayişinə baxıb.

Müharibə-Hədəf Bakıdır filmi (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Müharibə-Hədəf Bakıdır filmi (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

​"Müxtəlif mənbələrdən yararlanaraq ərsiyə gətirilən bu film çox maraqlı idi və qələbənin Azərbaycan da daxil olmaqla müxtəlif müttəfiqlər tərəfindən verilən töhfələrin sayəsində mümkül olduğunu xatırladır."-deyə səfirin açıqlamasında bildirilir.

Müharibə, Qafqaz cəbhəsi

Müharibə, Qafqaz cəbhəsi

“Yetmiş il bundan öncə baş verən olaylar barədə düşünərkən aydın görürük ki, Qələbə Günü gücün triumfu deyil, məhz transatlantik icmaların səylərinin cəmləşməsi sayəsində Avropada sülh, rifah və sabitlik erasının zəfəridir. Birləşmiş Ştatlar bu kimi əlaqələri və ümumi ideyaları dərindən dəyərləndirir və onları gələcəkdə də inkişaf etdirməyə hazırdır. Bu gün biz müttəfiqlər tərəfindən verilən qurbanları xatırlayırıq və valideyinlərimiz, baba və nənələrimizin təhlükəli və çağırışlı dövrdə etdikləri mühüm işləri yadımıza salırıq. Bu sırada Azərbaycan da daxil olmaqda hazırda transatlantic icmanın suveren üzvləri olan keçmiş sovet respublikaları da var", ABŞ səfiri qeyd edib.

XS
SM
MD
LG