Accessibility links

Robert Sekuta: Məyyən məsələlər var ki, onun üzərində işləyirik [Video]


Robert Sekuta
Robert Sekuta

ABŞ AzadlıqRadiosunun Azərbaycandakı fəaliyyətini ən yüksək jurnalizmi standartlarına uyğun olaraq həyata keçirilməsini gözləyir

"Yaxşı olar ki, mən ABŞ-Azərbaycan əlaqələrindən danışım. Hər iki ölkə bu əlaqələrin gücləndirilməsini istəyir və bu istiqamətdə isləyir. Əlbəttə müəyyən məsələlər var ki, biz onun üzərində işləyirik”. Bu barədə ABŞ səfiri Robert Sekuta Amerikanın Səsinin “Rusiya-Azərbaycan münasibətləri fonunda bu günki Azərbaycan-Amerika münasibətlərini necə qiymətləndirirsiniz?” sualının cavabında bildirib.

Robert Sekuta: Məyyən məsələlər var ki, onun üzərində işləyirik
please wait

No media source currently available

0:00 0:06:53 0:00
Direct link

O eyni zamanda qeyd edib:

“Hər dəfə demişəm, bir daha təkrar edirəm, Birləşmiş Ştatalar güclü, çiçәklәnәn, pozitiv, demokratik Azәrbaycan görmәk istәyir. Bizim әlaqәlәrimiz üç istiqamətdə davam etməlidir və edir. Bunlar iqtisadiyyatın inkişafı, tәhlükәsizlik, qanunun aliliyi vә insan haqlarının təmin olunması sahәlәridir. Hər iki ölkә dünyamızda olan bütün xalqların çağırışlarına cavab vermәk üçün birgә işlәmәkdә vә әmәkdaşlıqda maraqlıdır".

Robert Sekuta qeyd edib ki, o, müntəzəm olaraq Azərbaycandakı tərəfdaşlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irәlilәyişin әldә edilmәsi ilә bağlı danışıqlar aparır.

“Eyni zamanda ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik də öz hәmkarları ilә bu istiqamәtdә iş aparır. Bu yaxınlarda yeni müzakirәlәr olub. Bölgәyә sәfәr etmәk imkanları nәzәrdәn keçirilir. Әsas mәqsәd iki ölkәnin prezidentlәrini bir araya gәtirmək vә münaqişәni ölü nöqtәdәn, yәni hazırki vәziyyәtdәn çıxarmaqdan ibarətdir".

AzadlıqRadiosunun Azərbaycan ofisinin açılma ehtimalı və Xədicə İsmayılovanın həbsdən azad edilməsi üçün aparılan işlərlə bağlı sualın cavabında səfir deyib:

“ABŞ dəfələrlə bildirib, yenə də bildirir ki, AzadlıqRadiosunun Azərbaycandakı fəaliyyətini ən yüksək jurnalizmi standartlarına uyğun olaraq həyata keçirilməsini gözləyir”, o qeyd edib.

XS
SM
MD
LG