Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyulun 13-də öz iqamətgahında iftar süfrəsi açıb. İftar süfrəsində rəsmi qurumların nümayəndələri, deputatlar, dini konfesiyaların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

Robert Sekuta Azərbaycanın tolerantlıq tarixini dəyərləndirərək qeyd edib ki, yalnız bir neçə dövlətdə, Azərbaycanda olduğu kimi, əsrlər boyu müxtəlif dinlər dinc şəkildə mövcud olub.

“Azərbaycan xalqı bu kimi mirasla fəxr etməli və bu təcrübəni digərləri ilə ilə paylaşmalıdır”.

Səfir deyib ki, ABŞ səfirliyinin hər il açdığı iftar süfrəsi Amerikanı yalnız Azərbaycan və Birləşmiş Ştatlardakı müsəlmanlarla deyil, həm də dünyanın hər yerindəki 1,5 milyard müsəlmanla birləşdirir.

“Birləşmiş Ştatlarda təxminən 2,6 milyon müsəlman yaşayır və 2030-cü ilə qədər onlarının sayının 6,2 milyona qədər artması gözlənilir ki, bu da əhalinin təxminən iki faizini təşkil edəcək”, o qeyd edib.

Cənab Sekuta hesab edir ki, tolerantlıq ənənəsini davam etdirmək lazımdır.

“Tolerantlıq tarixi dünyada digərlərinə daha yaxşı nümunələrin olmasını göstərmək baxımından önəmli olsa da, məncə, bizim Birləşmiş Ştatlarda öyrəndiyimiz kimi bu dəyərin gənclərə aşılanması üçün iş aparılması da vacibdir. Qədim və fəxr ediləsi tarixə malik olmaq kifayət deyil. Biz yaxşı ənənələrin davam etdirilməsini təmin etmək üçün çalışmalıyıq. Dünyanın müxtəlif yerlərindən gələn xəbərlər, hətta qədim birgəyaşayış tarixinə malik olduğu hesab edilən məkanlarda zorakı ekstremizmə olan meylləri göstərir. Biz tolerantlıq ənənələrinin önəmli olaraq

qalması və əbədiləşdirilməsi üçün əcdadlarımız və öz qarşımızda məsuliyyət daşıyırıq”.

ABŞ səfiri deyib ki, quran dini mənsubiyyətindən asılı olmayraq hər bir insana qarşı sevgi və şəfqət hissi aşılayır.

“Biz yalnız özümüzdə bu keyfiyyətləri aşılamaqla birgə irəliləyə və qarışıq dünyamızda bəlaların öhdəsindən gələ bilərik. Bu axşam müxtəlif məzhəb və milliyyətlərdən olan insanların

iştirakı irəli getmək, Azərbaycanın tolerantlıq ənənəsini davam etdirmək üçün qətiyyət göstəricisidir”, o qeyd edib.

XS
SM
MD
LG