Accessibility links

Şouları ilə əyləncə erasını müəyyən edən şoubiznes impresariosu Robert Stiqvud 81 yaşında Londonda vəfat edib.

Avstraliyada dünyaya gəlmiş Stiqvud Kream Britaniya rok qrupu və qrupun əfsanəvi gitaraçısı Erik Klaptonun meneceri olub.

O, həm də Gibb qardaşlarının Bee Gees qrupunun impresariosu olub. Qrup Stiqvudun istehsal etdiyi Saturday Night Fever filmindəki musiqilərin müəllifidir.

Filmin disko ritmi bütün dünyada məşhur olur və 1970-ci illərin qeyri-rəsmi hit musiqisinə çevrilir. Bu musiqi disko ritmli mərasimlər, geyimlər və gecə klublarını ruhlandırır.

Saturday Night Fever və Stiqvudun istehsal etdiyi digər məşhur Grease filmi o zamanlar az tanınan aktyor Con Travoltanı superulduza çevirir.

Film üzərində Stiqvudla birgə çalışan bəstəkar Andrü Loyd Veber Stiqvudu gözəl şoumen adlandırıb.

XS
SM
MD
LG