Accessibility links

ABŞ-ın yeni səfiri Azərbaycana gəlib [Video]


Fevralın 12-də ABŞ-ın yeni səfiri Robert Sekuta Bakıya gəlib. O Bakı hava limanında jurnalistlərin qarşısında ilk çıxışını edib.

Cənab Sekuta çıxışını Azərbaycan dilində edib. Onun çıxışını təqdim edirik:

"Bu gün Bakıda olmağımdan çox şadam. Tezliklә hәyat yoldaşım Ənn xanım da Bakıya gәlәcәk vә biz Azәrbaycanda keçirәcәyimiz vaxtı sәbirsizliklә gözlәyirik.

Robert Sekuta

Robert Sekuta

Xüsusilә də, Azәrbaycan prezidenti İlham Әliyevlә görüşmək imkanı əldə etməyi və ona etimadnamәmi təqdim etməyi sәbirsizliklә gözlәyirəm. Ondan sonra Azərbaycanda ABŞ səfiri kimi, səlahiyyətlərimə başlaya bilərəm.

Prezident İlham Әliyev etimadnamәmi qәbul etdikdәn sonra, ölkә boyu Azәrbaycan xalqı ilә görüşmәk istәyirәm. Xalqın fikirlәrini eşitmәk, iki ölkә arasında nәlәrin vacib olduğu haqda onların düşüncәlәrini bilmәk istәyirәm. Ölkәlәrimizi daha çox cәlb edәcәk fәaliyyәtlәr barәsindә dә onların fikrini öyrәnmәk istәyirәm. Әminәm ki, belә görüşlәr әsnasında ölkәlәrimiz arasında anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qura bilәrik".

O hava limanında onu qarşıladığı üçün jurnalistlərə tәşәkkür edib vә prezidentә etimadnamәsini tәqdim etdikdәn sonra yenә jurnalistlərlə danışmaq imkanı olacağını bildirib.

XS
SM
MD
LG