Accessibility links

Robert Sekuta: Demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı müzakirələr aparırıq [Video]


ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Ermənistanda səfərdə olarkən azərbaycanlı əsirlərin (Dilqəm Əsgərov və Şahbaz Quliyev-red) azad olunmasına çağırıb. Eyni zamanda bizim Minsk qrupundakı həmsədrimiz də eyni çağırışı səsləndirib. Biz bütün tərəflərlə birlikdə Minsk qrupunun həmsədri olaraq uzun müddət davam edən münaqişənin tez bir zamanda nizamlanması yollarını arayırıq. Bu nizamlanma yollarından biri də müxtəlif humanitar jestlərin edilməsidir. Əsirlərin azad edilməsi də həmin humanitar jestlərdən biri ola bilər. Bu sözlərlə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərin Ermənistan tərəfinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaması ilə bağlı sualının cavabına cavab verib.

2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev ermənilərin nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonunda doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. Dağlıq Qarabağdakı rejiminin məhkəməsi 2014-cü il dekabrın 19-da D. Əsgərovu ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə məhkum edib. Onların apellyasiya şikayəti də təmin edilməyib.

Səfir Sekuta Amerikanın Səsinin demokratiya və insan hüquqları ilə bağlı sualının cavabında deyib ki, o Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı müzakirələr aparır. “Biz hal-hazırda bu ideyanın üzərində iş aparırıq və biz Azərbaycan hökuməti ilə bu istiqamətdə işimizi davam etdirməliyik”.

Səfir Amerikanın Səsinin “AzadlıqRadiosu” ilə bağlı sualına isə cavab verməyib.

XS
SM
MD
LG