Accessibility links

Aprelin 9-da təhsil naziri Mikayıl Cabbarov ABŞ səfiri Robert Sekuta ilə görüşüb.

Təhsil Nazirliyinin rəsmi saytının məlumatına görə, görüş zamanı təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

ABŞ səfirliyi isə Twitter səhifəsində yazır ki, səfir Sekuta təhsil islahatları və iki ölkə arasında əməkdaşlığın daha çox sahələrini müzakirə etmək üçün təhsil naziri M. Cabbarovla görüşüb.

XS
SM
MD
LG