Accessibility links

ABŞ səfiri baş nazir və fövqəladə hallar naziri ilə görüşüb


ABŞ səfiri Robert Sekuta və fövqəladə hallar naziri Kəmaləddin Heydərov

ABŞ səfiri Robert Sekuta və fövqəladə hallar naziri Kəmaləddin Heydərov

Aprelin 10-da ABŞ səfiri Robert Sekuta Azərbaycanın baş naziri Artur Rasizadə və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb.

ABŞ səfirliyinin Twitter səhifəsində yayılmış məlumtda deyilir ki, səfir Cekuta baş nazir Artur Rasizadə ilə ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə edib.

Səfirliyin Twitter səhifəsində həmçinin bildirilir ki, səfir təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb.

Öz növbəsində, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirir ki, ötən illər ərzində Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.

Səfir Sekuta iki ölkə arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG