Accessibility links

ABŞ səfiri ASAN Xidmət Mərkəzində olub


ABŞ səfiri Robert Sekuta
ABŞ səfiri Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 13-də Azərbaycanın ASAN Xidmət Mərkəzində olub. Amerika səfirliyinin Twitter səhifəsində bildirlir ki, səfir Sekuta Azərbaycanda anti-korrupsiya səylərini müzakirə etmək üçün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədri İnam Kərimov ilə görüşüb.

“Şəffaflığın təkmilləşdirilməsi və hüquqi tələblərə riayət etdilməsi firavanlığın artırılması üçün vacib amildir”, deyə səfir görüşdə qeyd edib.

XS
SM
MD
LG