Accessibility links

ABŞ səfiri Göygöldə, Gəncədə və Kəlbəcər qaçqınları ilə görüşlər keçirib (Yenilənib-2)


Robert Sekuta Göygöl Minatəmizləmə Mərkəzində

Robert Sekuta Göygöl Minatəmizləmə Mərkəzində

ABŞ səfiri Robert Sekuta Gəncə şəhəri (Bakıdan 364 kilometr qərb) yaxınlığında olan məcburi köçkün icmasını ziyərət edib və yerli sakinlər ilə ünsiyyət quraraq onların vəziyyəti haqqında məlumat alıb. Bu barədə ABŞ səfirliyinin Facebook səhifəsində məlumat verilib.

1993-cü ildən Amerika Birləşmiş Ştatları Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün 115 milyon dollardan çox vəsait ayırıb.

ABŞ səfiri Robert Sekuta Kəlbəcərdən olan məcburi köçkün uşaqlarla

ABŞ səfiri Robert Sekuta Kəlbəcərdən olan məcburi köçkün uşaqlarla

APA agentlyinin məlumatina görə, səfir şəhərcikdə məcburi köçkün uşaqlarının tərbiyə aldığı uşaq bağçasına da baş çəkib.

Cənab Sekuta bildirib ki, Kəlbəcərdən olan məcburi köçkün ailəsi ilə söhbətdən aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsi mücərrəd və abstrakt bir münaqişə deyil.

“Bu münaqişənin humanitar tərəfləri, yəni fəsadları var. Biz söhbət əsnasında bunun şahidi olduq. Bu, dondurulmuş münaqişə adlansa da, heç də belə deyil. Təmas xəttində hər gün insan itkiləri baş verir”, o vurğulayıb.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasdadırlar.

“Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil eləsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirmək və münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır”, ABŞ səfirinin sözlərinə istinadən APA bildirir.

***

ABŞ səfiri aprelin 15-də Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə yerli iqtisadi və sosial inkişafı müzakirə edib.

ABŞ səfiri Robert Sekuta Azərbaycan Dövlət Aqrar Universitetində görüşdə

ABŞ səfiri Robert Sekuta Azərbaycan Dövlət Aqrar Universitetində görüşdə

Sonra səfir Sekuta Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və tələbələrlə görüşüb.

“ABŞ kənd təsərrüfatının inkişafını gücləndirmək üçün Azərbaycan vətəndaşları ilə işləməyə hazırdır”, ABŞ səfiri tələbələrlə görüşdə bildirib.

***

ABŞ səfiri Robert Sekuta aprelin 15-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Təlim Mərkəzində (Bakıdan 358 kilometr qərb) təşkilatın Azərbaycan ərazilərində təhlükəsizliyin təminatı üçün nəzərdə tutulan fəaliyyətləri ilə tanış olub.

Robert Sekuta mina təmizlənməsi ilə tanış olur

Robert Sekuta mina təmizlənməsi ilə tanış olur

ABŞ-ın dəstəyindən yararlanan ANAMA Saloğluda (Ağstafa rayonu, Bakıdan 442 kilometr qərb) 500,000 artıq partlamamış sursatı zərərsizləşdirmiş və hazırda Ceyrançölə yaxın (Tovuz rayonu, Bakıdan 424 kilometr qərb) 66 kvadrat kilometrlik ərazilərdə təmizləmə işləri aparır.

ABŞ səfiri Robert Sekuta bundan öncə isə Gəncədə vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşərək onların fəaliyyətləri ilə tanış olub.

XS
SM
MD
LG