Accessibility links

Amerika səfiri iqtidar partiyasının sədr müavini ilə görüşüb


Robert Sekuta və Əli Əhmədov
Robert Sekuta və Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib. Bu barədə yap.org.az saytı məlumat yayıb.

Görüşdə Azərbaycanla Amerika arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkələ arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

ABŞ səfirliyinin Twitter səhifəsindəı isə bildirilir ki, səfir Sekuta bu günlərdə görüşməyi planlaşdırdığı partiya liderlərindən ilk olaraq YAP-ın icra katibi Əli Əhmədovla görüşüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG