Accessibility links

ABŞ səfiri təhsil proqramlarının məzunları ilə görüşüb


ABŞ səfiri Robert Sekuta ABŞ-da təhsil alan məzunlarla görüşür

ABŞ səfiri Robert Sekuta ABŞ-da təhsil alan məzunlarla görüşür

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyunun 30-da iqamətgahında mübadilə üzrə müxtəlif təhsil proqramlarnın məzunları ilə ənənəvi illik görüş keçirib.

Səfir qeyd edib ki, ABŞ müxtəlif ölkələrin gənclərinin Amerikada təhsil almasına köməklik göstərməyə çalışır.

ABŞ səfiri Robert Sekuta ABŞ-da təhsil alan məzunlarla görüşür

ABŞ səfiri Robert Sekuta ABŞ-da təhsil alan məzunlarla görüşür

“İnanırıq ki, bu cür layihələr Azərbaycan üçün mütəxəssislərin hazırlanmasına töhfə verə biləcək”, səfir qeyd edib.

Turan-ın müxbirinin - Azərbaycan məmurlarının yaxşı idarəetmə təlimi proqramlarına cəlb edilməsi mümkündürmü? – sualına cavabda səfir belə deyib:

“Hansı səviyyəli məmurları nəzərdə tutduğunuzu bilmirəm, amma səfirliyin “Beynəlxalq qonaqlar” proqramı var, bu proqram üzrə liderlik keyfiyyətlərinə və ölkəsinə faydalı ola biləcək insanlar ABŞ-a səfər edir. Onlar iqlim dəyişikliklərindən yaxşı dövlət idarəetməsinə qədər müxtəlif sahələrdə təcrübə qazanır.

Bununla yanaşı, səfirliyin ölkə daxilində dövlət idarəetməsini ehtiva edən sahələrdə yaxşı bacarıqlar aşılamağa imkan verən digər yardım proqramları da var”.

ABŞ səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Stiven Qays öz növbəsində əlavə edib ki, vaxtilə Toni Bler və Angela Merkel “Beynəlxalq qonaqlar” proqramının iştirakçısı olub.

Sekuta həmçinin qeyd edib ki, Avropa Oyunlarını diqqətlə izləyib və onlardan mütəəssir olub. Xüsusən, səfir könüllülərin işindən məmnun qalıb.

“Qonaqların qəbulu və nəzakətli davranışları ilə onlar Azərbaycanı gözəl təmsil ediblər”, o qeyd edib.

ABŞ səfiri Robert Sekuta ABŞ-da təhsil alan məzunlarla görüşür

ABŞ səfiri Robert Sekuta ABŞ-da təhsil alan məzunlarla görüşür

Avropa Oyunları günlərində Dünya ölkələrində İnsan Hüquqlarına dair Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin tənqidinə gəlincə, səfir bunda hansısa pis niyyət olduğunu istisna edib.

Hesabatın məqsədi hansı ölkə - Azərbaycan, Çin, Misir, Almaniya olmasından asılı olmayaraq, müxtəlif ölkələrdə insan hüquqları sahəsində vəziyyətin dəqiq və ətraflı əksini tapmasıdır.

“Bızim ölkələr üzrə hesabatlar gələcək dialoq üçün əsas yaradır, çünki iqtisadiyyat və təhlükəsizliklə yanaşı, insan hüquqları çox mühüm amildir”, Sekuta bildirib.

XS
SM
MD
LG