Accessibility links

Robert Sekuta: ABŞ və Azərbaycanın qadın və uşaqlara qarşı zorakılığın azaldılması sahəsində birgə işləməsi vacibdir


ABŞ səfiri Robert Sekuta uşaqlarla birlikdə

ABŞ səfiri Robert Sekuta uşaqlarla birlikdə

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Twitter səhifəsində yayılmış məlumata görə, görüş zamanaı R.Sekuta ABŞ-ın dünyada və Azərbaycanda qadınların biznesdə, siyasətdə, ictimayyətdə rolunun gücləndirilməsi səylərindən danışıb.

“ABŞ və Azərbaycanın qadın və uşaqlara qarşı yönələn zorakılığın azaldılması sahəsində birgə işləməsi vacibdir”, səfir qeyd edib.

Robert Sekuta ABŞ-ın 2011-ci ildən başlayaraq Azərbaycanda qadın məsələlərinin həllinə yönəldilməsi məqsədilə 5 milyon dollar vəsait ayırdığını bildirib.

XS
SM
MD
LG