Accessibility links

ABŞ səfiri: Azərbaycan regionda insan alverinə qarşı mübarizədə ABŞ-ın əsas tərəfdaşıdır


Robert Sekuta
Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevlə görüşüb.

ABŞ səfirliyinin Twitter səhifəsində yayılmış məlumata görə, görüşdə regionda təhlükəsizliyin artırılması üçün atıla biləcək addımlar müzakirə edilib

“Azərbaycan Dövlət Sərhəd Xidməti regionda və regiondan kənarda insan alverinə qarşı mübarizədə ABŞ-ın əsas tərəfdaşıdır”, səfir Sekuta qeyd edib.

Onun sözlərinə görə, ABŞ hökuməti regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün Azərbaycan Dövlət Sərhəd Xidmətini ən son avadanlıqlarla təmin edib.

ABŞ səfiri Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə rəhbərlik etiyi qurumun Azərbaycan sərhədlərinin qorunması işində göstərdiyi tərəfdaşlığa görə təşəkkür edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG