Accessibility links

Robert Sekuta: 11 sentyabr hücumunu xatırlayarkən


Robert Sekuta
Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 2001-ci ilin 11 sentyabr terror hücumu barədə məqalə ilə çıxış edib:

Məqaləni təqdim edirik:

Bu gün biz üç minə yaxın kişi, qadın və uşağın həyatına son goyan 11 sentyabr terror hücumunun 14-cü ildönümünü qeyd edirik. Həm Amerikadan, həm də dünyanın digər ölkələrindən olan insanlar hüçumun qurbanı olmuşlar. Müxtəlif dinləri təmsil edən günahsız insanlar gündəlik işləri ilə məşğul olduğu zaman və ya digərlərinin həyatını xilas edərkən həlak olmuşlar.

Həmin gün verdiyimiz itkiləri xatırladığımız vaxtda biz onu da anlayırıq ki, bu kimi faciələrin gələcəkdə baş verməməsi üçün addımlar atılmalıdır.

Həmin gün verdiyimiz itkiləri xatırladığımız vaxtda biz onu da anlayırıq ki, bu kimi faciələrin gələcəkdə baş verməməsi üçün addımlar atılmalıdır. Vaxt keçdikcə belə hücumların qarşısının alınmasına dair anlayışımız inkişaf etmişdir və təhlükəsizliyin artırılması, məlumatların paylaşılması, ekstremist ideologiyalarına qarşı mübarizə kimi fəaliyyətləri özündə əks etdirmişdir. Biz başa düşürük ki, sözügedən təhlükələrə qarşı yeganə olan bir həll yolu yoxdur və heç bir dövlət bu təhlükələrin öhdəsindən tək gələ bilməz.

Həmin günün dəhşətini gördüyümüz vaxtda biz həmçinin dünyanın müxtəlif yerlərindən göstərilən dəstəyin və həmrəyliyin şahidi olduq. 2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən birinci dövlətlər sırasında olmuşdur. Azərbaycanlıların qurbanların xatirəsini anmaq üçün şam yandırdıqlarını və başsağlığı vermələrini xatırlayırıq. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər.

2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən birinci dövlətlər sırasında olmuşdur.

O vaxtdan bəri Azərbaycanın göstərdiyi dəstək artmışdır. Azərbaycan ABŞ-ın və NATO-nun Əfqanıstanda ekstremizmə qarşı apardıqları mübarizədə tərəfdaşı olmuşdur. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbiçiləri ilə çiyin-çiyinə duraraq Əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanını vermişlər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatları üçün maddi-texniki təchizatların nəqliyyatını təmin etmişdir. Azərbaycan ekstremist təşkilatlarının maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq etmişdir. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardım göstərmişdir.

Azərbaycanda mövcud olan dini tolerantlığı nəzərdən keçirəndə ümid etməyə başlayırıq ki, bir gün dini zəmində olan zorakılıq keçmişdə qalacaq.

Çox vacib amil də ondan ibarətdir ki, dünyəvi dövlət olan Azərbaycan digər dövlətlər üçün dini tolerantlığın canlı nümunəsidir. Azərbaycanda mövcud olan dini tolerantlığı nəzərdən keçirəndə ümid etməyə başlayırıq ki, bir gün dini zəmində olan zorakılıq keçmişdə qalacaq.

Lakin bunu əldə etmək üçün hər tərəfin səyi tələb olunur. Biz bilirik ki, ümid ilə yaşayan, firavan və müzakirəyə açıq olan cəmiyyətlər ekstremizmə və nifrət ideologiyasına qarşı mübarizə apara bilər. Məhz bu səbəbdən biz Azərbaycanın iqtisadi diversifikasiya, korrupsiyaya qarşı mübarizə və hökumətin insanlar qarşısında cavabdehliyinin artırılması kimi məqsədlərini dəstəkləyirik.

Məhz bu səbəbdən biz Azərbaycanın iqtisadi diversifikasiya, korrupsiyaya qarşı mübarizə və hökumətin insanlar qarşısında cavabdehliyinin artırılması kimi məqsədlərini dəstəkləyirik.

Biz Azərbaycanla sözügedən məqsədlərin əldə olunması üçün tərəfdaşlığımıza sadiqiq. Düşünürük ki, bu yolla istənilən ekstremist ideologiyasından azad olan Azərbaycan sabit və firavan gələcəyini təmin edə bilər.

Sentyabırın 11-də həlak olan insanları xatırlayaraq, biz eyni vaxtda paylaşmış dəyərlərimizə və tərəşdaşlığımıza yenidən sadiq olduğumuzu bildiririk. Mən zorakı ekstremizmə qarşı apardığımız tərəfdaşlığımıza sadiq olmağımızı təsdiq edərək, bütün Azərbaycanlılara göstərdikləri davamlı dəstəyə görə təşəkkür edirəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG