Accessibility links

Robert Sekuta: Maraqlıdır ki, Kiş abidəsi müsəlman kəndində sevgi ilə qorunur


Robert Sekuta Şəki Xan Sarayında
Robert Sekuta Şəki Xan Sarayında

ABŞ səfiri Robert Sekuta və həyat yoldaşı Anna xanım Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat almaq üçün Şəki rayonuna səfəri zamanı Şəki Xan Sarayı ilə tanış olub. Bu barədə ABŞ səfirliyi Twitter səhifəsində məlumat yayıb.

“Azərbaycanlılar öz tarixini qorumaq istiqamətində iş görürlər və bu başqaları üçün dəyərli nümunədir”, səfir sarayla bağlı təəssüratını belə ifadə edib.

Robert Sekuta Şəkidə Çingiz Mustafayev klubunu (Çingiz Mustafayev ANS televizyasının Qarabağ münaqişəsində həlak olan əməkdaşıdır-red) ziyarət edib.

ABŞ səfiri deyib ki, Mustafayevin Qarabağda gördüyü iş peşəkar jurnalistikanın əhəmiyyətini daha da vurğulayır.

“Çingiz Mustafayevin göstərdiyi jurnalistika növü bu gün də vacibdir”, deyə o qeyd edib.

Şəkidə Kiş məbədini ziyarət edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalislərə bildirib ki, Azərbaycan haqlı olaraq bütün irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanınıb.

APA agentliyinin məlumatına görə, cənab Sekuta Quba rayonunun Krasnaya Sloboda kəndinə səfər etdiyini, oradakı Dağ Yəhudiləri icmasından Azərbaycanda sığınacaq tapdıqları və dəstək gördükləri barədə eşitdiyini deyib.

“Lakin tolerantlıq dünyada bəzən kövrək olur. Bir çox qüvvələr Azərbaycanın formalaşdırdığı başqalarına hörmət prinsipinə qarşı çıxıb. Hər bir millətdə, hər bir nəsildə biz bu yaxşı tendensiyanı qorumalı, qeyri-tolerant qüvvələrə qarşı vuruşmalıyıq”.

Səfir Kiş məbədini bir çox insanlar üçün uğur hekayəsi adlandırıb.

“Bu kilsəni bərpa edən və qoruyan heyət bizə bu gün bu turu təşkil etdiyi üçün təşəkkür edirəm. Bu, çox təsiredicidir ki, Tur Heyerdal və Norveç hökuməti bu abidəni qorumaq işinə qoşulub. Azərbaycan hökuməti də bu xəzinəni qorumaq və bərpa etmək işindəki köməyinə görə tərifə layiqdir. Bu abidə Azərbaycanın tolerantlıq tarixi və ənənəsini nümayiş etdirir. Maraqlıdır ki, bu abidənin sevgi ilə qorunduğu, qayğısına qalındığı kənd müsəlmanların kəndidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG