Accessibility links

Robert Sekuta: Bu dondurulmuş münaqişə deyil


Robert Sekuta
Robert Sekuta

“ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin də qeyd etdiyi kimi, biz təmas xəttində gərginliyin artması hallarından narahatıq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Expo Mərkəzində açılan 9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi zamanı jurnalistlərin sualının cavabında bildirib.

Səfir hazırda həmsədrlərin gərginliyin azaldılması istiqamətində iş apardıqlarını deyib.

“Biz vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələlərini müzakirə edirik. Biz bu münaqişəni dondurulmuş münaqişə kimi görmürük. İnsanlar ölürsə, bu, dondurulmuş münaqişə deyil”, o qeyd edib.

R.Sekuta münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərin tərəflərlə işlədiyini diqqətə çatdırıb.

“Tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözlənilir.

“Bu, Azərbaycan və Ermənistan üçün acınacaqlı vəziyyətdir. Mənə məlumdur ki, cənab həmsədr Nyu-York görüşü zamanı bu məsələ ilə bağlı müzakirələr aparıb. Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir”.

Səfir ABŞ və Azərbaycan iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.

"Biz əlaqələrin daha da inkişaf etməsinə çalışırıq. 20 ildən çoxdur neft və qaz sahəsində əməkdaşlıq edirik. Həmçinin digər sahələrdə də böyük potensial görürəm. Hazırda kənd təsərrüfatı, internet iqtisadiyyatı istiqamətlərində çalışırıq. Kənd təsərrüfatı sahəsində fermerlərlə işləyirik. Azərbaycanda istehsal olunan pomidorun ABŞ-a ixrac edilməsində maraqlıyıq”, Sekuta qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG