Accessibility links

Robert Sekuta: 1992-ci ildən ABŞ azərbaycanlılara kömək üçün 1.5 milyard dollardan çox vəsait ayırıb


Robert Sekuta Bərdə rayonunda
Robert Sekuta Bərdə rayonunda

ABŞ-ın Avropadakı Hərbi idarəsinin vasitəçiliyi ilə Bərdə rayonunun (Bakıdan 305 kilometr qərb) Yeni Daşkənd, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi sahəsində üç humanitar layihə həyata keçirmək təşəbbüsü irəli sürüb. Layihəyə ABŞ səfirliyinin Hərbi əməkdaşlıq idarəsi nəzarət edəcək.

ABŞ səfirliyinin məlumatına görə, noyabrın 5-də ABŞ səfiri Robert Sekuta və Azərbaycanın rəsmi şəxsləri layihələrin təməlqoyma mərasimində iştirak edib.

Robert Sekuta Bərdə rayonunda
Robert Sekuta Bərdə rayonunda

Səfir Robert Sekuta Bərdənin Yeni Daşkəndə kəndində məcburi köçkün icmalarının su təchizatı layihəsinin təməlqoyma mərasimində çıxış edib.

O bildirib ki, bu layihə ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı ilə Birləşmiş Ştatların icra etdiyi üç yeni su layihəsindən biridir. Digər iki layihə Ərdüşlü və Alxaslıdadır. Bu üç layihə 670 ailənin və ya 3300-dən çox qaçqın və məcburi köçkünün su təchizatını yaxşılaşdıracaq.

“ABŞ 1992-ci ildən azərbaycanlılara güclü, sabit, çiçəklənən, demokratik Azərbaycan qurulmasında kömək etmək və Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanların ehtiyaclarını qarşılamaq üçün layihələr icra edir. Bu layihə həmin layihələrin davamıdır.1992-ci ildən ABŞ azərbaycanlılara kömək etmək üçün 1.5 milyard dollardan çox vəsait ayırıb. USAID, Hərbi Əməkdaşlıq Ofisi və ABŞ-ın digər təşkilatları məcburi köçkünlər üçün layihələrə 115 milyon dollar ayırıb. Bu layihəni ABŞ Avropa Komandanlığı, ABŞ Ordu Mühəndislər Korpusunun köməyi ilə ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq Ofisi icra edəcək”.

Robert Sekuta Bərdə rayonunda
Robert Sekuta Bərdə rayonunda

Səfirin sözlərinə görə, 2003-cü ildən ABŞ Müdafiə Nazirliyi məcburi köçkünlər üçün 17 humanitar yardım, məktəb tikintisi və su layihəsi üçün 4 milyon dollar ayırıb.

“Bu layihələr məcburi köçkünlərin şəraitini yaxşılaşdırmağa hazır olduğumuzu göstərir. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirir. Məcburi köçkünlərin və qaçqınların ehtiyaclarının qarşılanması bu səylərin vacib hissəsi olacaq. Səfir Uorlik regiona son səfərində dedi “Harda yaşamalarından asılı olmayaraq qaçqınlar və məcburi köçkünlərin evlərinə qayıtmasına şərait yaradılmalıdır”. Bu layihələr yerli icma liderlərinin köməyi ilə Birləşmiş Ştatlar və Azərbaycan hökumətlərinin birgə nailiyyətinin bariz nümunəsidir. Bu ölkələrimiz arasında əməkdaşlığın, dostluğun vacibliyini göstərir. Azərbaycanlılar uğurlu, güclü və inkişaf edən ölkə qurarkən amerikalıların azərbaycanlıların yanında olmaq və kömək etmək əzmini göstərir”, səfir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG