Accessibility links

ABŞ səfiri Azərbaycan Biznes Keys Yarışının qalibləri ilə görüşüb


Robert Sekuta Azərbaycan Biznes Keys Yarışının qalibləri ilə görüşüb

Robert Sekuta Azərbaycan Biznes Keys Yarışının qalibləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi (AAA) tərəfindən təşkil olunan Azərbaycan Biznes Keys Yarışının (ABCC) qalib komandaları ilə görüşüb.

ABŞ səfirliyinin məlumatına görə, 13-cü Azərbaycan Biznes Keys Yarışmasının final mərhələsi dekabrın 6-da ADA Universitetində baş tutub və ilk olaraq “Günəşli” neft yatağında həlak olanların xatirəsi yad edilib.

Robert Sekuta Azərbaycan Biznes Keys Yarışının qalibləri ilə görüşüb

Robert Sekuta Azərbaycan Biznes Keys Yarışının qalibləri ilə görüşüb

50 komanda arasından yalnız üçü finalda iştirak etmə imkanı əldə edib. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanırdı. Qalib komandalar ümumilikdə 10 500 AZN mükafat əldə edib (1-ci yer 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN)

Qaliblər: 1-ci yer – Azərbaycan Dövlət İqtisad Universiteti; 2-ci yer – ADA Universiteti; 3-cü yer – Qafqaz Universitetidir.

Eyni zamanda ABCC 2015-in lotoreyasında sponsor şirkətlərin müxtəlif mükafatları, məsələn, hədiyyə kuponları, AAA tərəfindən dəstəklənən xüsusi səyahət və kampinq hədiyyələri öz sahiblərini tapıb. Yarış həmçinin iştirakçılara şirkət nümayəndələri ilə görüşmək, profesional əlaqələr qurmaq və gələcəkdə karyeralarını inkişaf etdirmək imkanları yaradır.

Qeyd edək ki, AAA tərəfindən təşkil edilən ABCC-in əsası 2002-ci ildə qoyulub. O vaxtdan başlayaraq 800-dən çox tələbə ABCC-də iştirak edib.

Bu il yarışma aşağıda adları çəkilən şirkətlər tərəfindən maliyyələşdirilib: British American Tobacco, PASHA Bank, Azercell, BP, ExxonMobil, Procter & Gamble, SOCAR – AQS, Deloitte və E & Y. Akademik tərəfdaş ADA Universiteti, media dəstəyi ABŞ səfirliyi və informasiya dəstəyi edu-active.com-dur.

XS
SM
MD
LG