Accessibility links

ABŞ səfiri İmişlidə süd toplama məntəqəsinin açılışında iştirak edib


Robert Sekuta İmişli şəkər zavodunda
Robert Sekuta İmişli şəkər zavodunda

Fevralın 10-da İmişli rayonu (Bakıdan 258 kilometr cənub-qərb) Oruclu, Ağaməmmədli və Cəfərli kəndlərinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, iqtisadiyyat nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta süd toplama məntəqəsinin inşası layihəsinin uğurla başa çatmasını qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirlyinin məlumatına görə, bu məntəqənin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və yerli qeyri-hökumət təşkilatı olan ÜMİD tərəfindən icra olunub.

İmişli rayonu Oruclu, Ağaməmmədli və Cəfərli icmalarının əsas məşğuliyyəti mal-qara və südçülük təsərrüfatıdır. Hal-hazırda, bu ərazidə gündəlik süd istehsalı 4000 litr təşkil edir ki, bu göstərici fəsildən asılı olaraq dəyişir. Normalda fermerlər istehsal etdikləri südün yalnız 50%-ni sata bilir. Yerdə qalan hissəsi isə ailələrin daxili ehtiyacını ödəyir, yaxud satıla və saxlana bilmədikdə xarab olur. Bu faktorlar ev təsərrüfatı ilə məşğul olanların gəlirində nəzərəçarpacaq dərəcədə itkilərə gətirib çıxarır.

Süd toplama məntəqəsinin əsas məqsədi həmin üç icmadan olan kiçik və fərdi təsərrüfatlardan südü toplamaq, saxlamaq və süd emalı müəssisələrinə satmaq olacaq ki, bununla da həmin istehsalçıların stabil və daha yüksək gəliri təmin olunacaq. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Bu, icmaların iqtisadi rifahının yaxşılaşdırılmasına töhfə verəcək, habelə süd istehsalçıları və rayondakı süd emalı müəssisəsi arasında ticarət əlaqələrinin yaranmasına kömək edəcək. Yeni məntəqə həmin üç icmada yaşayan 1200-dən artıq insanın həyat şəraitini və gəlir imkanlarını yaxşılaşdıracaq.

"Süd toplama məntəqəsinin inşası əməkdaşlığın nəticəsidir. Bu üç icma öz prioritetlərini müəyyən etmək, plan hazırlamaq və həmin planı icra etmək məqsədilə saatlarla bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələrilə çiyin-çiyinə işləyiblər. Oruclu, Ağaməmmədli və Cəfərli camaatı hökumət orqanları ilə birgə işləyərək nəyə nail ola biləcəklərinin şahidi oldular”, ABŞ səfiri Robert Sekuta qeyd edib.

Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi SEDA proqramı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu günə kimi, proqram Azərbaycanın 58 icmasında 52 layihənin maliyyələşdirilməsinə 1000000 ABŞ dollarından artıq vəsait xərcləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG